Mehriban Əliyevanın adından Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
15.06.2019
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.
Yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.
Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Mərhumun cənazəsi öz vəsiyyətinə uyğun olaraq, doğulduğu Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndinə aparılaraq dəfn edilib.
Qeyd edək ki, bu gün, həmçinin, H. Əliyevanın dəfnində iştirak etmək istəyən yaxınlarının və cənazəsinin Naxçıvan MR-ə aparılması üçün AZAL vasitəsilə xüsusi reys də həyata keçirilib.