"Mono Liza"nın 204 km-lik YOL XƏRCİ: - ŞOK RƏQƏMLƏR
05.04.2018
Fransa Mədəniyyət Nazirliyi daha çox insan sənətlə tanış olsun deyə Luvr Muzeyindəki Mona Liza tablosunun Fransa turuna çıxmasını planlaşdırır.
"Dövran Media"nın türk mətbuatına istinadən verdiyi xəbərə görə Luvr Muzeyinin əməkdaşlarının apardıqları hesablamalar nəticəsində məlum olub ki, tablonun daşınması çox baha başa gələcək.
Buna görə mədəniyyət naziri Fransuaz Nissenin bu layihədən imtina edəcəyi də istisna edilmir.
Leonardo da Vinçiyə aid məşhur tablo Parisdəki Luvr Muzeyindən 204 km uzaqda yerləşən Luvr-Lens Muzeyinə daşınması üçün 30-35 milyon Avro lazım olacaq.
Hesablamalara görə tablonun "sıfır tərpəniş” deyilən üsulla daşınması üçün biri 3 milyon Avro dəyərindəki xüsusi daşıma vasitələri lazımdır.
Daşınmanın maliyyə xərcləri isə ən azı 2 milyon Avro olacaq, çünki onlarla təhlükəsizlik xidməti işçisini cəlb etmək lazımdır. Tablonun daşınacağı muzeydə Mona Lizanı nəm və işıqdan qoruyacaq sərgiləmə vasitəsinin qurulması da milyonlarla Avro tutur. Bundan başqa tablonun daşınmasından sonra Parisdəki Luvr Muzeyinin ziyarətçilərdən və hədiyyə əşyalarının satışından əldə edəcəyi gəlirin 7-8 milyon Avro arasında azalacağını bildirir.
Hər il 8 milyon turistin ziyarət etdiyi Luvr Muzeyi isə Mona Liza tablosunun Fransa turuna çıxmasına ilıq yanaşmır.
Xatırladaq ki, dünya tarixinin ən qiymətli rəsmlərindən biri olan Mona Lizanın cari sığorta dəyəri 1 milyon dollardan çoxdur.