21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yüksək vəzifədə çalışan xanımlarımız nə qədərdir?

14.06.2019

Azərbaycanda yüksək vəzifələrdə çalışan qadınların sayı açıqlanıb.
 Milli Məclislə TÜRKPA-nın birgə təşkil etdiyi "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” adlı beynəlxalq konfransda çıxış edən parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, qadınların həm dövlət, həm özəl sektor, həm bələdiyyə, həm də ali qanunverici orqanda xüsusi çəkisi ildən-ilə artır.
O, ölkənin Birinci vitse-prezidentnin də xanım olduğunu xatırladıb:
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Həmçinin dövlət komitələrindən birinin sədri, nazir müavinlərindən üçü qadındır. Bununla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkili qadındır. Milli Məclisin üzvlərindən 20-si qadın parlamentaridir, eyni zamanda, Milli Məclis sədrinin müavinlərindən biri xanımdır.
Bundan başqa, 85 rayon və şəhər üzrə icra başçılarının birinci müavinlərinin 74-ü xanımdır, o cümlədən, Abşeron rayon İcra Hakimiyyətinin başçısı qadındır”.
O əlavə edib ki, məhkəmə-hüquq sistemində, hakim korpusunda çalışanların 14 faizi qadınlardır.