Çin İranla münasibətini davam etdirəcək
14.06.2019
Çin İranla münasibətlərini beynəlxalq və regional vəziyyətin dəyişməsindən asılı olmayaraq, inkişaf etdirəcək.
Bunu Şanxay Əməkdaşlıq Təşkilatında çıxışı zamanı Çin lideri Si Szinpin deyib. O, Çinin nüvə razılaşmasının saxlanılmasının tərəfdarı olduğunu deyib.
Szinpin həmçinin İranla BMT, ŞƏT və digər beynəlxalq təşkilatlarda ortaq səylərin koordinasiyasını gücləndirmək niyyətində olduqlarını bildirib.