Netanyahunun arvadı hakim qarşısında
14.06.2019
Bir il əvvəl fırıldaqçılıq ittihamında barəsində istintaq başladılan İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu restorandan sifariş etdiyi yeməyin pulunu (50 min dollar) dövlət büdcəsinin pulları ilə ödədiyini etiraf edib.
Bu barədə CNN İsrailin Ədliyyə Nazirliyinin bəyanatına istinadən informasiya yayıb.
"İsraildə və dünyada ilk dəfə liderin həyat yoldaşı qidaya görə məhkəmə qarşısında dayanır”, - bəyanatda deyilib.
Xatırladaq ki, Sara Netanyahu 8 il müddətinə həbs edilə bilər.