21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məşhur aparıcı 5 ilədək həbs oluna bilər

14.06.2019

Evlilik verilişinin aparıcısı kimi məşhurlaşan Esra Erola 5 illik həbs cəzası verilə bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözəllik salonlarından birinin sahibi olan Özlen adlı qadın Esra Erolu məhkəməyə verib. O, Esranı bir neçə il əvvəl verilişində onu "Yuva yıxan qadın” kimi göstərməkdə və şəkillərini nümayiş etdirməkdə ittiham edib.
İfadə verən aparıcı görüntüləri şikayətçilərin təqdim etdiyini bildirib.
Prokurorluq şəxsi həyatın ictimailəşdirilməsi və təhqir maddələri ilə E.Erol barəsində bir il üç aydan beş ilədək həbs cəzası tələbi ilə istintaq başladıb. Odur ki, Esra Erol qarşıdakı günlərdə hakim qarşısına çıxacaq.