21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabiq nazir faktları açdı

13.06.2019

Bir müddət əvvəl Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə (ADY) qarşı rüşvət kampaniyası başladılıb.
Mətbuatda gedən xəbərlərdə iki sərnişin vaqonu üçün ADY-nin 30 milyon 384 min 560 dollar ödədiyi, bu rəqəmin əvvəlki illə müqayisədə bir neçə dəfə çox olduğu iddia edilib.
Bildirilib ki, ötən il hər vaqon üçün 3 milyon 533 min 55 dollar ödənildiyi halda, bu il 1 vaqona görə ADY Belarusa 15 milyon 192 min 280 dollar ödəyib.
Azərbaycan Dəmir Yolları ətrafında gedən müzakirələrə tanınmış iqtisadçı alim, keçmiş maliyyə naziri Saleh Məmmədov da qoşulub.
O, KİSS (Öpüş) vaqonlar komplekti ətrafında gündəmə gəlmiş anlaşılmazlığa aydınlıq gətirib:
"Mənim maliyyə naziri işlədiyim vaxtdan İsveçrə ilə sıx əməkdaşlığımız var idi. Biz BVF üzrə bir qrupda idik, qrupun rəhbərliyi İsveçrəyə həvalə olunmuşdu. Digər tərəfdən, İsveçrə böyük maliyyə resurslarına və modern maşınqayırma müəssisələrinə sahib idi və biz milli iqtisadiyyatın yenilənməsi, o cümlədən dəmir yolunun maddi texniki bazasının yenilənməsi üçün şirkətlərlə, banklarla, o cümlədən "Stadler”lə xeyli görüşlərimiz olmuşdu, hətta o vaxt bir neçə istiqamətdə sürətli dəmir yollarının çəkilişi və yeni avadanlıqlarla təminat üçün (investisiya ilə birlikdə) ilkin razılıq da əldə edilmişdi.

Sonralar müharibə, daxili qarışıqlıq işi ləngitdi, proses yalnız dəmir yolunun rəhbərliyi dəyişdirildikdən sonra (2015-ci il) yenidən start götürdü, hazırda isə müvəffəqiyyətlə yerinə yetirilir. Bu qısa zaman ərzində tranzit ölkə kimi Azərbaycanda bütün istiqamətlərdə xarici qonşularla dəmir yol keçidi yaradılıb, ən müasir texnologiya ilə dəmir yolunun maddi texniki bazası gücləndirilib, demək olar ki, bütün modullar üzrə e-idarəçilik sistemi qurulub və ya qurulmaq üzrədir, plan üzrə rəqəmsal dəmir yolunun qurulması işi başa çatmaq üzrədir (yeganə qurumdur ki, e-hökumətə keçid prezidentin qarşıya qoyduğu müddətdən əvvəl yerinə yetirilib). Süni intellektin dəmir yoluna tətbiqi üzrə çalışmalar davam edir.
Belə olan halda ayrı-ayrı əhali qrupu və ya müxalifət tərəfindən hər kəsə eyni mənfi emosiya ilə yaxınlaşmaq və bütün hökumət bölmələrinin mənfi hisslərlə qiymətləndirilməsi heç bir cəmiyyət üzvünə müsbət bir şey gətirə bilməz”.
Sabiq nazir bildirib ki, kiçik araşdırma ilə həqiqəti üzə çıxarmaq olar:
"Mənim çox hörmət etdiyim tələbələrimin də bu işdə fərqli mövqe tutması daha mənfi çalarlarla izlənilir. Hökumətdə müxtəlif insanlar çalışır, hər birinin özünəməxsus xarakteri var, cəmiyyəti irəliyə doğru inkişafa yeniliyə, modernizmə çəkən təmiz, peşəkar insanların qiymətini verə bilməsək, heç vaxt inkişafa nail ola bilmərik. KİSS vaqonlar komplekti ilə əlaqədar qalxan söhbətə nəzər salaq. Dərhal rəqəmi görən kimi tənqid yağdırmaq hər hansı yazara düzgün nəticə verə bilməz. İndi virtual dünya, beynəlxalq qanunlar o dərəcədə inkişaf edib ki, oturduğun yerdə hər şeyə aydınlıq gətirmək olar. Əvvəla, KİSS vaqonlar komplektinin xarakteristikasını "Stadler”in saytına daxil olub araşdırmaq olardı, bu zaman görəcəkdiniz ki, bu vaqon deyil, demək olar ki, 8 vaqonu özündə cəmləşdirən qatardır, həm də ikimərtəbəlidir. Üstəlik, Azərbaycanın yollarını nəzərə alaraq hazırlanırsa, daha çox məsrəf gedəcək, deməli, əslində Avropa ölkələrinə nisbətən daha baha başa gələcək. İkinci, vebsaytlara daxil olaraq Rusiyanın Moskva aeroportu üçün aldığı kompleksin qiymətini, İsveçrə, Almaniya, Fransa dəmir yollarının bu kompleksi aldığı qiyməti, lap bir həftə bundan əvvəl "Stadler"in DB Regio ilə bağladığı 220 milyon avroluq müqaviləni araşdırmaq olardı ki, belə yanlış informasiyaya yol verilməsin. 8 vaqonluq bir modern-smart kompleksi 12 metrlik vaqonla müqayisə etmək olmaz. Bu KİSS kompleksinin yalnız İT soft təminatı bir milyon dollardan çoxdur. Araşdırmalar göstərir ki, Azərbaycan Dəmir Yollarının aldığı qiymət ən uyğun qiymətdir. Üçüncü tərəfdən, beynəlxalq qanunları və konvensiyaları bu formada inkar etməyə heç bir Avropa şirkəti risk etməz, nə də filialın yerləşdiyi Belarus. 3 milyonluq bir maşını 15 milyona satıb bölüşmək o şirkətin sonu demək olardı və ya ümumiyyətlə, mümkün deyil. Yalnız bu amil yetərli olmalıydı ki, belə cür publikasiyaya yol verilməsin. Əksər hallarda belə kobud informasiya səhvi bumeranqa çevrilir, müəllifə yaxşı bir şey vəd etmir, əksinə, hədəfə tam bəraət verir. Mən Milli Azadlıq Hərəkatının ilk illərində amerikalıların bir seminarında alimlərlə görüş zamanı ciddi bir irad aldım: Mən isbat etməyə çalışırdım ki, Azərbaycanın gəlirlərinin 30-40%-i Moskva tərəfindən alınır. Amerikalı alim bizim milli hərəkatın radikal qanadından birinin bu rəqəmin 93% elan etdiyini xatırlatdı və mənim rəqəmimin də ona bənzər olması mümkünlüyünü soruşdu. Cavabım bu oldu ki, onu deyən iqtisadçı deyil. O dedi ki, bunun üçün iqtisadçı olmaq lazım deyil. Doğrudan da bu cür informasiyalar ilk növbədə müəllif haqqında (bu hadisədə Milli Azadlıq Hərəkatı haqqında) mənfi fikir yaradır.
Heç istəməzdim ki, belə müəlliflər mənim tələbələrim, demokratik fikirli insanlar və ya yazarlar olsun”.
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC yaydığı açıqlamada bunları bildirib:
"2019-cu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb. 2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin "Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli KİSS markalı elektrik qatarları alınıb.