03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İlham Əliyev: “İşğal dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər"

05.04.2018

"Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır”.
"Dövran Media"nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu Hərəkatın yeni üzvüdür: "2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən də dəstək veriblər".
İlham Əliyev bildirib ki, Azərbaycan torpaqları 20 ildir ki Ermənistanın işğalı altındadır: "Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi".
Prezident əlavə edib: "Təəssüflər olsun ki, işğal bu günə qədər davam edir. Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yerinə yetirilməyib. Ermənistanın etnik təmizləmə siyasətinə baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib".
İlham Əliyev vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb: "ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazisinin işğalı dayandırılmaılıdır, yalnız bundan sonra regiona sülh gələ bilər".
Dövlət başçısı bildirib ki, Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır: "Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər".
İlham Əliyev deyib ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir.
Dövlət başçısı bildirib ki, Azərbaycan öz tarixi ilə fəxr edir: "Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh şəraitində yaşayıb. Azərbaycan həmişə mültikultural ölkə olub. Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək".
Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq: "100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verib. Bu, 100 il əvvəl azadlığın yüksək səviyyəsi idi. Biz 26 ildir, müstəqilik. Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklər ilə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir. Ona görə də biz iqtisadi inkişafa önəm verdik. Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb. Biz insan kapitalının inkişafını da diqqət mərkəzində saxlayırıq. Çoxlu məktəb, xəstəxana tikilib. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı, sağlamlığı dayanıb. Biz insanlarımız üçün yaxşı həyat şəraiti təmin etmək üçün bütün tədbirləri görürük".