Akar Şanahana Türkiyənin SÖZÜNÜ DEDİ
13.06.2019
Türkiyənin Müdafiə naziri Hulusi Akarla ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan arasında telefon danışığı baş tutub.
Telefon söhbəti zamanı Akar amerikalı həmkarına ABŞ tərəfinin göndərdiyi məktubdakı müttəfiqlik ruhuna uyğun olmayan üsluba görə Türkiyə tərəfində yaranmış narahatlığı çatdırıb.
Akar və Şanahan Brüsseldə keçiriləcək NATO müdafiə nazirləri toplantısında dialoqların davam etdirilməsi məsələsində razılığa gəlib.