Hacıya mükafat verən hansı imperiya olub? - FOTO
13.06.2019
Osmanlı dövlətinin məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə "Məcidiyyə" nişanı verdiyi üzə çıxıb.
Bu haqda məlumatı hazırda Türkiyədə arxiv araşdırmaları ilə məşğul olan azərbaycanlı tarixçi alim Telman Nüsrətoğlu yayıb.
Həmin dövlət nişanlarının sənədlərini də yayan tarixçi Osmanlı dövlətinin Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevaya da "Şefkat" nişanı təqdim etdiyini qeyd edib.
Tarixçi həmçinin Osmanlı dövlətinin Bakı milyonçusu Musa Nağıyevə də dövlət nişanı verdiyini bildirərək, onun da sənədlərini yayıb.