21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qafqazda orduların birləşməsi erməniləri ciddi narahat edir

13.06.2019

Ermənistanın həmsərhəd dövlətlərə qarşı işğalçı niyyəti hələ də davam edir.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov Gürcüstanın Türkiyə və Azərbaycanın ortaq təlimlərinə qoşulmasına İrəvanın etiraz etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan nə qədər çalışsa da, bu təlimlərə mane ola bilməz:
"Azərbaycanın Türkiyə və Gürcüstanla əməkdaş olub, birgə hərbi əməliyyatlar keçirməsi İrəvanı narahat edir. Çünki bu əməkdaşlıq həmin dövlətlərin hərbi sahədə inteqrasiyasına və inkişafına xidmət edir. Təbii ki, Ermənistan kimi bir dövlət istəmir ki, xüsusilə Azərbaycan hərbi sahədə inkişaf etsin. Buna görə də Ermənistan üç ölkənin hərbi təlim keçirməsinə müxtəlif yollarla mane olmağa çalışır. Çünki Türkiyə NATO içində hərbi baxımdan ən güclü dövlətlərdən biridir. Belə bir hərbi-texniki gücə malik bir dövlətin Azərbaycanla hərbi təlim keçirməsi Ermənistanı narahat etməyə bilməz. Ermənistan özü heç vaxt belə təlimlər keçirə bilməz. Buna görə də özünəməxsus şəkildə hər üç ölkənin birliyinə, inkişafına mane olmağa çalışır. Lakin onlar heç vaxt bu inkişafa mane ola bilməyəcəklər”.
Hərbi ekspert bu təlimlərin əsas məqsədinin regionda sabitliyi qorumaq olduğunu bildirib:
"Azərbaycan və Türkiyə arasında keçirilən, həmçinin Gürcüstanın da qatılacağı təlimlər birinci növbədə regionda sülhü və sabitliyi qorumaq məqsədi daşıyır. Bildiyiniz kimi, bu regionlarda böyük proyektlər həyata keçirilir. Bu təlimlər həmin proyektlərin təhlükəsizliyinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Həmçinin, bu üç ölkə Ermənistana göstərir ki, qonşu dövlətlərlə yaxşı münasibətdə olmaq lazımdır. Çünki münasibətlər nə qədər yaxşı olsa, sabitlik və inkişafa bir o qədər zəmin yaranar”.
Qeyd edək ki, Gürcüstan Müdafiə naziri Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyənin ortaq təlimlərində iştirak edəcəyini açıqlayıb. Ermənistanda isə bu ciddi narahatlıqla qarşılanıb.