21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanlı alimin dünyada analoqu olmayan dərsliyi + FOTO

13.06.2019

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Milli Elmlər Akademiyasının müşaviri Urxan Ələkbərovun "İnklüziv inkişafın idarə edilməsinin əsasları” adlı dərsliyinin elektron versiyası satışa çıxarılıb.
Dövlətin hərtərəfli inkişafını təmin edən və ölkə vətəndaşlarının rifahını yüksəldən inklüziv inkişaf müasir dövlət idarəçiliyinin əsas prioritetlərindən hesab olunur. 2018-ci ildə beynəlxalq təşkilatlar tərəfindən müxtəlif ölkələrdə inklüziv inkişaf göstəriciləri üzrə aparılmış müqayisəli təhlil göstərir ki, bu sahənin uğuru innovativ idarəetmə texnologiyaları kompleksindən asılıdır.Bunu ölkənin hərtərəfli inkişafı üçün iqtisadi potensialından son dərəcə effektiv şəkildə istifadə edən Azərbaycan Respublkasının timsalında görə bilərik. Bu istiqamətdə tərəqqini qoruyub-saxlamaq üçün gələcəkdə davamlı inklüziv inkişafın monitorinqi, planlaşdırma və idarəçilik sahəsində bilik və vərdişlərin yaradılması, dəstəklənməsi və daim yaxşılaşdırılması vacibdir.
Sözügedən dərslik bu hədəfə nail olmağa kömək edir və dünyada analoqu yoxdur.
Dərs vəsaiti idarəedici şəxslər, ictimai elmləri öyrənən tələbələr, həmçinin davamlı inklüziv inkişaf sahəsində çalışan ekspertlər üçün nəzərdə tutulub.