Yeni aviareysi açılır
13.06.2019
Rusiyanın "İrAero” hava yolları şirkəti iyulun 6-dan etibarən Bakı-Rostov birbaşa hava reyslərini işə salacaq.
Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.Aviadaşımalar "Suxoy Superjet 100” sərnişin təyyarələri ilə şənbə günləri gerçəkləşdiriləcək. Bir istiqamətə biletin qiyməti 12 min rubldan (təxminən 315 manat - red.) başlayır.
Uçuş müddəti iki saat təşkil edəcək. Təyyarə 12:50-də Bakıdan havaya qalxacaq və 13:50-də Rostova çatacaq. Əks istiqamətdə isə Rostovdan 15:00-da çıxacaq və 18:20-də Bakıya çatacaq.
"Bakı istiqaməti bizim üçün artıq ənənəvi xarakter daşıyır. Ona böyük tələbat olduğunu görürük. Biz hazırda Çelyabinsk və Orenburqdan Azərbaycan paytaxtına reyslər gerçəkləşdiririk. İyunun 18-də isə Bakı-Yekaterinburq reysi açılacaq”, - deyə "İrAero”nun baş direktoru Yuri Lapin bildirib.