Əsəd türk ordusuna hücum etdi - yaralananlar var
13.06.2019
Suriyanın Türkiyə ilə sərhəd istiqamətində yerləşən İdlib Gərginliyi Azaltma Bölgəsinə Bəşər Əsəd rejimi tərəfindən silahlı hücum olub.
Əsəd rejim bölgəni 35 səhra topu ilə atəş altına alıb.Atəş altında saxlanılan bölgə Türkiyə silahlı Qüvvələrinin 10 nömrəli nəzarət məntəqəsidir. Məntəqədə 3 türk əsgəri yüngül xəsarətlər alıb. Nəzarət bazasında yerləşən hərbi təchizatlara ziyan dəyib.
Hücumla bağlı Rusiyanın nəzdində lazımi tədbirlər görülür.