Fransızlardan emənilərə ZƏRBƏ
12.06.2019
Qrenobl şəhər məhkəməsi Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumla Fransanın şəhər, kommuna və regionları arasında imzalanmış daha 4 "dostluq xartiyası”nı ləğv edib.
Bu barədə ermənilərin Fransada fəaliyyət göstərən "armenews.com” saytı məlumat yayıb.
Bu qərar 29.05.19 tarixində fransanın Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamıdır.
Qeyd edək ki, Fransanın ədliyyə orqanları bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib.