Onlar azarkeşləri azərbaycanca salamladılar - VİDEO
12.06.2019
Dünyanın tanınmış gimnastları azarkeşləri Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatına dəvət edirlər.
Rusiyalı gimnastlar Dina və Arina Averinalar, həmçinin, israilli Linoy Aşram və digərləri bədii gimnastika həvəskarlarını elə azərbaycanca salamlayaraq yarışlara çağırıblar:
"Salam, Bakı”; "Mən sizi dünya çempionatına dəvət edirəm”.
Qeyd edək ki, dünya çempionatı Azərbaycan paytaxtında 16-22 sentyabr tarixlərində keçiriləcək. Turnir Olimpiya Oyunları-2020-yə lisenziya xarakteri daşıyacaq. Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum iki gimnast olmaqla) lisenziya əldə edə biləcək. Qrup hərəkətləri komandalarına gəldikdə isə, çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.