03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Uşaq əməyindən istifadə edənlər cərimələndi

12.06.2019

2019-cu ilin beş ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti uşaqları əməyə cəlb edən üç işəgötürəni cərimələyib.
Bunu jurnalistlərə açıqlamasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə bildirib.
Onun sözlərinə görə, uşaq əməyindən sui-istifadə hallarına ən çox avtoyuma məntəqələrində, ictimai nəqliyyatda və şadlıq evlərində rast gəlinir:
"Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə əlaqədar müəssisələrə gedə bilmirik, sadəcə, bizə vətəndaşlar tərəfindən daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma apara bilirik.
Qanunvericiliyin uşaq əməyindən istifadəyə icazə verdiyi hallar var. Məcəllənin tələbi var, valideynin razılığı ilə olan məqamlar var. Yəni 15 yaşından 18 yaşına qədər olan uşaqlar valideynlərin yazılı razılığı ilə işləyə bilərlər.
Ancaq DƏMX tərəfindən il ərzində maarifləndirmə xarakterli tədbirlər olur. Daxil olan müraciətlərin araşdırılmasında bir neçə hallarda uşaq əməyinin istismarı ilə bağlı daxil olan faktlara görə inzibati qaydada tədbirlər görülür, cəza tədbirləri aparılır. Məqsədimiz, sadəcə, cəza vermək deyil, o cəzaya qədər olan maarifləndirmə ilə bu cəzaların qarşısını almaqdır”.