21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Təhsil ekspertləri: 1 sentyabra qayıtmalıyıq

12.06.2019

Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15-də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir.
Bu sözləri təhsil eksperti Etibar Əliyev artıq bir neçə ildir orta və ali məktəblərdə dərslərin 15 sentyabrda başlayıb, 15 iyun tarixində bitməsinin yaratdığı narahatlıqdan danışarkən deyib.
E.Əliyev bildirib ki, 1 sentyabra qayıtmalıyıq:
"Dünyanın əksər ölkələrində 1 sentyabr "Bilik günü"nə assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.
Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü"nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.
Təhsil Eksperti Kamran Əsədov isə bildirib ki, 15 iyun tarixinə kimi dərslərin davam etməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlərin narazılığına səbəb olduğu üçün bununla bağlı Nazirlət Kabinetinə müraciət ünvanlayıb.