21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Müharibə başlaya bilər - Politoloq

12.06.2019

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda forum zamanı cəbhə xəttində təxribatlara aidiyyətinin olmadığını bildirməsi onun baş verən hadisələrin məsuliyyətindən yayınmaq istədiyini göstərir.
Bu sözləri politoloq Arzu Nağıyev son vaxtlar Ermənistan tərəfinin cəbhədə müxtəlif təxribatlara əl atması haqda danışarkən deyib. Onun sözlərinə görə, Paşinyanla Qarabağ klanı ilə arasında gedən mübarizə pik nöqtəyə çatıb:
"Ona görə Paşinyan Sankt-Peterburqda keçirilən forumda cəbhə xəttindəki təxribatlara hər hansı aidiyyətinin olmadığını bildirib. Paşinyan özü də başa düşür ki, onu təxribatlara çəkərək, hakimiyyətdən devirməyə çalışırlar. Dağlıq Qarabağ klanı və separatçılar Ermənistanda elə bir vəziyyət yaradıb ki, bütün bu baş verən hadisələrdə məhz Paşinyanı günahlandırsınlar. Görünən odur ki, Ermənistan baş nazirinin siyasi təcrübəsizliyi onu bu gün çox aciz və qorxaq vəziyyətə salıb”.
Politoloq bildirib ki, Ermənistan rəhbərliyi artıq danışıqların birmənalı şəkildə həm humanitar, həm də qlobal istiqamətdə İrəvanın cavab verməli olduğu mərhələyə qədəm qoyduğunu anlayır:
"Azərbaycan tərəfi və ATƏT-in Minsk Qrupunun nümayəndələri açıq şəkildə bəyanat verməlidir ki, əgər proses bu cür davam edərsə, bu, böyük bir müharibəyə çevrilə bilər. Müharibə başlasa, artıq bunun qarşısını sülh yolu ilə almaq mümkün olmayacaq. Buna görə də Minsk Qrupu ilə bərabər, regional dövlətlər də bu proseslərdə aktiv şəkildə iştirak etməlidir. Onlar Ermənistanı kəskin şəkildə tənqid edib, danışıqlar masasına əyləşdirməklə Azərbaycanın ərazi bütövlüyü məsələsinin həllinə nail olmalıdır”.