21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Çıraqqala" abidəsi bərpa edilir - SƏRƏNCAM

11.06.2019

"Dövran Media" xəbər verir ki, Şabran rayonundan 25 km-lik məsafədə yerləşən məşhur "Çıraqqala” Tarixi Qoruğunun baş fond mühafizəçisi Əfruz Fərzəliyeva məlumat verib. Onun sözlərinə görə, dəniz səviyyəsində 1232 metr yüksəklikdə yerləşən abidəyə gedən yolu Məşrif kəndinədək olan hissəsinə müasir standartlara uyğun yol çəkilib: "Həmin ərazidən abidəyə qədər olan təxminən 2-3 kilometrlik yolun bərpasına ehtiyac var. Təmir bərpa işləri zamanı ərazidə inzibati binanın tikintisi də nəzərdə tutulub”.
Təmir-bərpa işlərindən sonra əraziyə gələn turistlərin sayının da artacağı ehtimal olunur.
Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan "Çıraqqala” dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub.
"Çıraqqala” mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü qalıb.
Qeyd edək ki, Prezident İlham Əliyev "Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.