ABŞ-dan Türkiyəyə “F-35” ZƏRBƏSİ
11.06.2019
ABŞ-ın Arizona ştatında yerləşən "Lyuk" hava bazasında "F-35" qırıcı-bombardmançılarının idarəolunması üzrə hazırlıq kursu keçən türkiyəli pilotlar təlimlərdən kənarlaşdırılıb.
Bundan əvvəl "Foreign Policy" nəşri, Türkiyəli pilotların ölkəni tərk etməsinə 31 iyula kimi vaxt verildiyini və bu barədə Pentaqon rəhbəri Patrik Şenahanın türkiyəli həmkarı Hulusi Akarı məlumatlandırdığı bildirilirdi.
Pilotların təlimlərdən kənarlaşdırılması Vaşinqtonla Ankara arasında "S-400" zenit-raket kompleksləri ilə bağlı soyuq yellərin əsdiyi bir vaxta təsadüf edir. Tramp administrasiyası Ankaranı Rusiyadan "S-400" zenit-raket kompleksləri almaq fikrindən daşındırmağa çalışır.