21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Moldova daxili savaş ərəfəsində

10.06.2019

Moldova hüquq-mühafizə orqanları hökumət binasını mühasirəyə alıblar.
Bu məlumatı "Sputnik Moldova” yayıb. Polisin hökumət binasını ictimai asayişin təmini məqsədilə mühasirəyə aldığı bildirilib.
Binanı mühasirəyə alan polislərin sayının bir neçə yüz nəfər olduğu vurğulanıb.
Bu gün həmçinin Moldova Polis Baş Müfəttişliyinin rəhbəri Aleksandr Pınzar hökumətə tabe olmadığı ilə bağlı bəyanat yayıb. Pınzar ölkənın daxili işlər naziri olaraq Andrey Nestaseni yox, keçmiş Baş nazir Filipin kabinetində olan Aleksandr Jizdanı tanıdığını deyib.
Bu bəyanatdan az sonra yeni hökumət Pınzarın istefası haqqında qərar qəbul edib. Onun yerinə polisin rəhbərliyi George Balana tapşırılıb.
Qeyd edək ki, dünəndən etibarən Moldovadakı siyasi gərginlik özünün ən pik həddinə çatıb. Belə ki, Prezident İqor Dodonun təklifiylə Maya Sandu ölkənin baş naziri seçilib. Bununla da ilk rusiyayönlü və avropayönlü siyasi təşkilatlar ittifaq qura biliblər. Sandunun baş nazir seçilməsinə Dodonun Sosialistlər Partiyası və ACUM Bloku səs verib.
Səsvermədən az sonra Konstitusiya Məhkəməsinə müraciət edən sabiq Baş nazir Pavel Filip (Demokratik Partiya) parlamentin qərarının ləğv edilməsini istəyib. Konstitusiya Məhkəməsi bu qərarı dəstəkləyib və Filipi prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib. Məhkəmənin belə qərar qəbuluna səbəb isə parlamentin yeni hökuməti 7 iyuna qədər formalaşdırmalı olduğu, amma bunu yalnız 8 iyunda edə bildiyi əsas göstərilib və hökumətin fəaliyyətinin qanunsuz olduğu elan edilib. Filip isə prezidentlik vəzifələrini ələ aldıqdan az sonra parlamenti buraxıb. Sandunun rəhbərlik etdiyi hökumət və parlamentin deputatları Filipi qəbul etmədiklərini, tezliklə buna görə BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklərini bəyan ediblər.
Moldova parlamenti 4 siyasi qüvvədən təşkil edilib. Parlamentdə böyük çoxluq Sosialistlər Partiyası (35) və Demokratik Partiyadadır (30). Onlardan sonrakı yerlərdə isə ACUM Bloku (26), ŞOR Partiyası tutur.