Çin uyğurlarla bağlı xəbərlərə münasibət bildirdi
10.06.2019
Çinin Sincan-Uyğur muxtar rayonunda "islah düşərgələrində” bir milyona yaxın uyğur türkünün saxlanılması ilə bağlı yayılan məlumatlar saxtadır.
"RİA Novosti”nin məlumatına görə, bu barədə Çinin Xarici İşlər nazirinin müavini Çjan Xanxuey mətbuat konfransında açıqlama verib.
"Beynəlxalq ictimaiyyətin bəzi üzvlərinin Çinin inkişafını gözü götürmür. Onlar əsasssız ittihamlar irəli sürür, Çin və onun yürütdüyü siyasətə qara yaxan bəyanatlar səsləndirirlər. Bu insanlar "soyuq müharibə” dövrünün "zombiləridir”. Onlar etik normaları unudub, istənilən əsassız və ağlasığmaz hekayələrə və şərhlərə əl atırlar”, - deyə diplomat bildirib.
2018-ci ilin avqust ayında BMT-nin irqi ayrıseçkiliyə qarşı ekspert komitəsinin hesabatında, Sincan-Uyğur muxtar rayonunun "islah düşərgələrində” bir milyona yaxın etnik uyğurun saxlanılması ehtimalı irəli sürülmüşdü.