Latviya Bakıdakı səfirini geri çağırır
08.06.2019
Latviya hökuməti bu il ərzində səkkiz səfirini, o cümlədən NATO-dakı nümayəndəsini geri çağıracaq.
Latviyanın ölkəmizdəki səfiri Yuri Maklakovs da daxil olmaqla Belarus, Litva, Hollandiya, Çin, BƏƏ, ABŞ-dakı səfir, habelə NATO üzrə nümayəndəliyinin rəhbəri geri çağırılacaq. Belçikada 2015-ci ildən boş olan səfir postuna isə yeni diplomat təyin olunacaq.
Latviyanın ABŞ-dakı səfiri Andris Teykmanis yeni seçilmiş prezident Eqil Levitsin administrasiyasının rəhbəri vəzifəsini tutacaq. Həmin ölkəyə isə artıq səfir təcrübəsinə malik yeni şəxs təyin olunacaq.