19:13:22 08 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Türkiyə F-35 proqramından tam çıxarılır

08.06.2019

ABŞ Türkiyənin Rusiyaya S-400 komplekslərinin tədrisi üçün hərbi mütəxəssislər göndərməsinə təəssüf edir.
Bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin müavini Ellen Lord deyib.
"Biz bütün səviyyələrdə dəqiq şəkildə bəyan etmişik ki, əgər Türkiyə S-400 tədarükünü həyata keçirsə, F-35 almayacaq. Əgər Türkiyə bundan imtina etsə, biz səbirsizliklə proqram üzrə ənənəvi fəaliyyətin bərpasını gözləyirik. ABŞ F-35-lərin tədrisinə görə gələn türkiyəli mütəxəssislərə ölkəni tərk etmələri üçün 31 iyula qədər vaxt verəcək.
Türkiyə hazırda F-35-lər üçün lazımlı olan 937 ehtiyat hissənin istehsalını həyata keçirir. Bunlardan 400-ü yalnız Türkiyədə istehsal edilir. ABŞ "Lokhid Martin” və "Prat Vitni” şirkətləri ilə türk istehsalına qarşı alternativ mənbələr tapmaq üzərində çalışır”, – deyə o bildirib.