Danimarkada deputat seçilən TÜRKLƏR
07.06.2019
Danimarkada keçirilən parlament seçkilərində müxtəlif partiyalardan olan türk əsilli 9 deputatlığa namizəddən Həlimə Oğuz və Fatma Öktəm deputat seçilib.
Fatma Öktəm 2011-2015-ci illərdə Liberal Partiyanın deputatı kimi fəaliyyət göstərib. Fatma Ötkən Jutlandda 5 min 130 səslə yenidən parlamentə qayıda bilib.
Sosial Demokrat Partiyasının paytaxt Kopenhagendən namizəd göstərdiyi Həlimə Oğuz isə ilk dəfə parlamentə düşüb.
Sosial Demokrat Partiyasından namizəd olan Lars Aslan Rasmuessen isə 4 min 279 səslə qalib gəlib. Rasmussenin atası türk, anası isə danimarkalıdır.