Qırğızıstan Türkiyəyə nota verdi
07.06.2019
Türkiyənin Bişkekdəki səfiri Çingiz Fırat Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb.
"Haber 7” xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb onun qırğızlarla ahıska türklərinin dalaşdığı Orok kəndinə getməsi olub.Səfirə Qırğızıstanın daxili işlərinə qarışmaması və qanunlara hörmət etməsinin vacibliyi bildirilib və nota təqdim edilib.
Məlumat üçün bildirək ki, iyunun 5-də baş verən dava zamanı üç nəfər ölüb, iki nəfər yaralanıb, 32 nəfər saxlanılıb, 15 evə və bir kluba zərər dəyib.