21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan karbamidinin ilk tədarükü başladı + FOTO

07.06.2019

Bu il mayın 25-də SOCAR-ın Sumqayıtda yerləşən Karbamid zavodundan kütləvi olaraq Azərbaycan karbamidinin ilk tədarükü başlayıb.
Verilən məlumata görə, karbamid "SOCAR Carbamide” zavodunda maşınlara yüklənir və gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilir.
İyunun 5-də ilk Azərbaycan karbamidini daşıyan "Phobus” (00:50) və "Coral” gəmiləri limandan yola çıxıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi "Caspian EPC Company” şirkəti ilə birgə nəql ideyasının müəllifləridirlər, həmçinin, əvvəldən axıradək logistika zənciri prosesini tənzimləyir və nəzarət edir.
İlk karbamidin alıcısı "Integral Petroleum” şirkətidir. Treydinq və logistika şirkəti olan "Integral Petroleum” 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Hazırda o, Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələri bazarlarında fəal iş görür.
Həmçinin, nəql layihəsində Hövsan beynəlxalq limanının operatoru olan "Global Transport Partners Company” şirkəti, SOCAR və "Integral Petroleum” arasında sürveyer şirkəti olan "SGS” şirkəti, karbamidin fasiləsiz nəqli və yüklənməsi üçün yük maşınları verən "166 Yükdaşıma və Logistika” şirkəti iştirak edib.
"Integral Petroleum” şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.
Sumqayıt kimya sənaye parkında inşa edilən SOCAR-ın Karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir.
İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir./report/