Baş nazir istefaya gedir
07.06.2019
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün rəsmi şəkildə Böyük Britaniyanın hakim partiyası olan Mühafizəkar Partiyasının lideri vəzifəsini tərk edəcək.
Lakin Mey İngiltərənin baş naziri vəzifəsini icra etməyə davam edəcək.
Baş nazir bu qərarını mayın 24-də elan edib. Səbəb olaraq isə Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan Breksit layihəsində nəticə əldə edə bilməməsini göstərib.
Qeyd edək ki, 62 yaşlı siyasətçi bu postda 2016-cı ilin iyunundan fəaliyyət göstərir.