2030-a qədər aclığı bitirmək istəyirik - BMT
07.06.2019
Dünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir. Beynəlxalq təşkilatlar bunu 2030-cu ilə qədər aradan qaldırmağı düşünürlər.
Bunu "RİA Novosti”yə açıqlamasında BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.
"Bizim hədəfimiz 2030-cu ilə qədər aclığın bütün formalarına son qoymaqdır. Bütün dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir ki, bunun da 124 milyon nəfəri kəskin aclıqla üz-üzədir. Müharibələrin uzanması, yeni konfliktlərin alovlanması bizim ən böyük problemlərimizdir”, – deyə o bildirib.