AES-in təməli qoyuldu: TÜRKİYƏDƏ TARİXİ GÜN
03.04.2018
Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəlib.
Dövran Media" xəbər verir ki, Putini Əsənboğa hava limanında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və digər rəsmi şəxslər qarşılayıb.
Rəsmi qarşılamadan sonra Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün prezident iqamətgahına yollanıb.
Rəcəb Tayyib Ərdoğan Vladimir Putini qarşılayıb.
***
Bu gün tarixi ana şahidlik edirik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə birgə Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
"Akkuyu bütün terminalları ilə fəaliyyət göstərdikdə ölkəmizin elektrik enerjisinə olan ehtiyacının 10 faizini qarşılayacaq. Rusiya ilə regional sahədə əməkdaşlığımızı hər gün daha da artırmağı hədəfləyirik”, - dövlət başçısı qeyd edib.
Putin də öz növbəsində deyib ki, hədəf 2023-cü ildə stansiyanı təhvil verməkdir.
***
Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub.
Ərdoğan və Putin təməlqoymanın rəmzi olan düyməni basıblar.