ABŞ-a sərt cavab: Qərarımız qətidir
07.06.2019
ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, biz Rusiyanın S-400 hava müdafiə raketlərini almaqda qərarlıyıq.
Bu məlumatı Hindistanın Xarici İşlər Nazirliyi yayıb.
Nazirlikdən verilən məlumatda artıq Hindistan hökumətinin Rusiyanın S-400 hava müdafiə sistemini almaqla bağlı müqavilə imzaladığı bildirilib.
Nazirlik həmçinin onu da qeyd edib ki, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, geri addım atmayacaqlar.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi öz açıqlamasında Dehlinin S-400 sistemlərini almasının iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığı ciddi şəkildə zədələyə biləcəyini bildirmişdi.