Azercell-dən tələbələrə BÖYÜK FÜRSƏT
03.04.2018
Şirkət Yay Tələbə Təcrübə Proqramına başlayır
Hər zaman gənc nəslin inkişafına böyük önəm verən ölkənin lider mobil operatoru Azercell Telekom
növbəti dəfə Yay Tələbə Təcrübə Proqramına başlayır. Aprelin 2-dən etibarən Azərbaycanın ali təhsil
ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr, eyni
zamanda Təhsil Nazirliyi SABAH qrupu tələbələri üçün Yay Tələbə Təcrübə Proqramına start verilir.
Tələbələr 2018-ci ilin 13 aprel tarixinə qədər
https://www.azercell.com/az/company/career/development_oportunities/internship2018/ linkinə daxil
olmaqla proqrama müraciət edə bilərlər. Tələbələr 2 iyul tarixindən başlayacaq proqram çərçivəsində
Azercell-də 2 ay təcrübə keçmək şansı qazanacaqlar. Yay Tələbə Təcrübə Proqramı mərhələlərlə seçilən
gənclərə Azercell-də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real
iş şəraitində tətbiq etmək imkanı yaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa
mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar, bu da gənclərin gələcək
karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 13 nəfər
SABAH qrupu tələbələri olmaqla 155 tələbə Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə
keçib, onlardan 20-si isə şirkətdə işlə təmin olunub.
Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn
layihələr həyata keçirir. Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır.
Eyni zamanda Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki
bazasının gücləndirilməsinə yardım göstərir.