Azərbaycanlıları sevməyən nazir istefa verdi
06.06.2019
İranın təhsil naziri vəzifəsindən istefa verib.
Təhsil naziri Məhəmməd Bəthayinin Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran Prezidenti Həsən Ruhaniyə təqdim etdiyi bildirilir.
Məlumatlı mənbənin dediyinə görə, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, təhsil naziri azərbaycanlılara qarşı qalmaqallı açıqlamaları ilə tanınır.