Putin Türkiyəyə gəldi: 4 MİN POLİS mühafizədə -YENİLƏNİB
03.04.2018
Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçilməsindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib.
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun Türkiyə prezidenti ilə görüşü baş tutub.
Səfər çərçivəsində Akkuyu Nüvə Bazasının açılışında iştirak, İran prezidenti Həsən Ruhaninin də iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.
Görüşdə regional siyasi, iqtisadi məsələlər müzakirə olunacaq.
Prezidentin səfəri iki gün davam edəcək.
***
2018-04-03 16:19:06
"Dövran Media" xəbər verir ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Suriya ilə bağlı ev sahibliyi edəcəyi üçlü görüşmədə Rusiya prezidenti Vladimir Putin və İran rəhbəri Həsən Ruhaninin mühafizəsi üçün 4 min polis hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, Rusiya və İran dövlət başçıları bu gün Ankaraya iki günlük rəsmi səfər edəcəklər.