Trampın həbsini istəyirəm - Nensi Pelosi
06.06.2019
ABŞ Konqresinin spikeri Nensi Pelosi ölkə başçısı Donald Trampı həbsdə görmək istədiyini söyləyib.
Bu barədə "Politico” nəşri yazıb.
Məlumata görə, bu barədə Pelosi məhkəmə palatasının sədri Cerri Nadlerlə görüş zamanı deyib.
Görüş ABŞ prezidenti barədə impiçment başladılması məsələsinə həsr olunub.
Nadler görüş zamanı Pelosiyə komitəsinin impiçment prosesini başlatmağa icazə verməsi üçün təkid edib. Konqresin spikeri isə bundan imtina edib.
"Mən onun impiçmentini istəmirəm. Mən onu həbsxanada görmək istəyirəm”, - Pelosi bildirib.