ATƏT Tbilisidə konfrans keçirir - FOTO
06.06.2019
Tbilisidə ATƏT PA-nın dəstəyi ilə "Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfrans keçirilir.
Konfransda Azərbaycandan Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak edirlər.
Konfransın "Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda keçiriləcək I sessiyasının moderatoru ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.
Konfransda "Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti”, "Parlament nəzarəti və müxalifətin rolu”, "Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu”, "Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı” mövzularında məruzələr, müzakirələr baş tutacaq.