Dünya yeni müharibə ilə üz-üzədir
05.06.2019
Venesuela və Fars körfəzində müharibənin yayılma təhdidi var.
Bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
"Bütün dünya ictimaiyyəti bu gün qlobal çağırışlar və beynəlxalq təhlükəsizlik təhdidiylə üz-üzədir. Milyonlarla insan dünyanın fərqli yerlərindən müharibə təhdidiylə toqquşublar. Suriya, Veneseula hadisələri, eləcə də Fars körfəzində gərginləşən vəziyyət bunun açıq sübutudur.
Regional və qlobal təhlükəsizlik bu gün ABŞ və NATO-nun müasir dünyada dominantlıq etmək üçün israrlı cəhdləri ucbatından dağılır”, - deyə o bildirib.