Türkiyəyə ultimatum: Seçim edin!
05.06.2019
Əgər Türkiyə F-35 təyyarələrini almaq istəyirsə, Rusiyanın S-400 sistemlərindən imtina etməlidir.
Bunu CNBC televiziyasına açıqlamasında ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison deyib. Onun sözlərinə görə, Moskva ABŞ və NATO-nun əsas rəqibidir:
"Moskva daimi olaraq çalışır ki, alyansı zəiflətsin. Buna görə də Türkiyə Amerika raketlərinə müqavimət üçün hazırlanan Rusiya silahı almamalıdır. Türkiyə suveren dövlətdir, amma onlar S-400-ləri ərazilərində yerləşdirsələr, F-35 almayacaqlar. Siz seçim etməlisiniz”.