Məşhur ginekoloqun ölümü TƏSDİQLƏNDİ - SƏBƏB
03.04.2018
"Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva vəfat edib.
"Baku Medical Plaza”dan verilən məlumata görə, S.Mirzəyevanın qəfildən təzyiqi qalxıb və beyninə qan sızıb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının saytımıza verdiyi məlumata görə, təcili yardım gəldikdə S.Mirzəyevanın nəbzi dayanıbmış. Lakin həkimlərin ilkin yardımı ilə Səbinə xanımın nəbzi geri qayıdıb, onu Mərkəzi Klinkaya aparıblar. Amma xəstə orada vəfat edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a faktı təsdiqləyib.
Cərrah mama-ginekoloq Dr.Sabina Mirzəyeva 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib. 2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburg şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğum üzrə təhsil proqramı keçib. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. Həkim ailəli olub, iki oğlu var.
"DM"