Azərbaycanda zəlzələ oldu
05.06.2019
Zaqatala rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:25-də, 3 maqnitudada Zaqatala ərazisində qeydə alınıb.
Yeraltı təkanın episentri 25 kilometr dərinlikdə yerləşib.