Taxıl sahəsi külə döndü - Azərbaycanda
05.06.2019
Rayonun Günəşli kəndində biçilmiş sahədən başlayan yanğın küləyin təsiri buğda sahəsinə keçib.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 3 texnikası və canlı qüvvəsi çağırılıb. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov lokallaşdırılıb və yayılmasının qarşısı alınıb. Qabaqlayıcı tədbirlərə baxmayaraq hadisə zamanı 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.
İlkin ehtimala görə, yanğın ərazidəki elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.