Pirşağıda sanatoriya YANIR: Yaralılar var -YENİLƏNİB
03.04.2018
Pirşağıda sanatoriyada yanğında zəhərlənən 5 nəfər xəstəxanaya yerləşdirildi
Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində "Gilavar" sanatoriyasında baş vermiş yanğınla bağlı 5 nəfər zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, şöbəyə gətirilənlərdən 2 nəfər azyaşlıdır: "Uşaqların vəziyyəti yaxşıdı, zəhərlənmə yoxdu, sadəcə hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizfə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər".
Xatırladaq ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı "Gilavar" Sanatoriyasında yanğın başlayıb. Hazırda yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.
***
Bakının Pirşağı kəndində yerləşən "Gilavar” sanatoriyasında yanğın başlayıb.
Bu barədə Yeniçag.az-a hadisə şahidləri məlumat veriblər.
Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb.
Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.