On minlərlə insan istefa deyir - Praqada
05.06.2019
Çexiyanın paytaxtı Praqada ötən gün onminlərlə nümayişçi baş nazir Andrey Babisin istefa tələbi ilə küçələrə çıxıb.
Andrey Babis Avropa İttifaqının verdiyi subsidiyaların dələduzluq yolu ilə istifadəsində ittiham edilir.
Məlumata görə, ötən günkeçirilən nümayişə 120 000 nəfər qatılıb.
Bildirilir ki, bu, 1989-cu il inqilabından sonra Çexiyada baş tutan ən böyük nümayişdir.
A.Babis dələduzluq ittihamlarını rədd edir.