Şeyx: “Dindarlar üçün hər şərait yaradılır"
05.06.2019
"Azərbaycanda dinlə bağlı durum çox yaxşıdır və dindarlar üçün hər bir şərait yaradılırax".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyxülislam bildirib ki, bu durumdan istifadə etmək istəyən bəzi qaraguruhçular var: "Onlar istəyirlər ki, Azərbaycanda baş verən bəzi məsələləri dünyaya başqa şəkildə göstərsinlər. Əlbəttə bu, yolverilməzdir, düzgün deyil. Bu, Azərbaycan xalqına qarşıdır”.