21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya Trampı belə ifşa etdi - FOTO

04.06.2019

"Rusiya bizi adamlarının böyük bir qismini Venesueladan çəkdiyinə dair bilgiləndirib”.
Bunu İngiltərədə rəsmi səfərdə olan ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.
Kreml bu açıqlamaya dərhal reaksiya verib. Mətbuta katibi Dmitri Peskov Trampın açıqlamasını təkzib edib. Moskvanın məsələ ilə bağlı Trampla təmasda olmadığını və onun qəzetdə (Wall Street Journal – red.) yayımlanan bir xəbərə istinad etdiyini diqqətə çatdırıb.
Peskov qeyd edib ki, Rusiyanın hərbi heyəti rəsmi Moskva ilə Karakas arasındakı hərbi razılaşmaların şərtlərini yerinə yetirmək üçün Venesueladadır. Hər şey plana uyğun davam edir.
Qeyd edək ki, daha əvvəl "Wall Street Journal" (WSJ) qəzeti ABŞ Müdafiə Nazirliyinin bir rəsmisinə istinadən Rusiyanın Venesueladakı hərbi heyətini geri çağırdığını irəli sürmüşdü. Rusiyanın Karakasdakı səfiri Vladimir Zayemski isə iddiaları təkzib etmişdi.