21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

APA qayıtdı, bəs ONA?..

04.06.2019

APA informasiya agentliyinin xarici dillərdə yayımı tam bərpa olunacaq, hətta əlavə dillərdə də fəaliyyəti nəzərdə tutulub.
Bu sözləri "APAHoldinq”in rəhbəri Vüsalə Mahirqızı ötən ilin avqustunda dayanan APA informasiya agentliyinin bu gündən fəaliyyətini bərpa etməsi və hazırda yalnız 3 dildə (Azərbaycan, ingilis, rus) xəbər yayımı ilə bağlı danışarkən deyib. V.Mahirqızı qeyd edib ki, APA-nın ərəb dilində də fəaliyyəti yaxın günlərdə bərpa olunacaq:
"Bundan başqa, fransız və erməni dillərində də yayımlarımız var idi. Bunlar hamısı yaxınlarda bərpa ediləcək. Həmçinin gələcəkdə daha bir neçə dildə fəaliyyət nəzərdə tutulub.
APA-nın bütün beynəlxalq əlaqələri də bərpa olunacaq. Həmin əlaqələr onsuz da davam edirdi. Çünki bir çox büromuzun il sonuna qədər olan akkreditasiyaları qalıb. Artıq tərəfdaşlarımıza məktublar göndərilib. Xüsusilə beynəlxalq informasiya agentlikləri ilə əlaqələrimiz bərpa olunur. Bir neçə tərəfdaşımıza bununla bağlı e-mail vasitəsilə məktublar göndərmişik və müsbət cavablar da almışıq”.
V.Mahirqızı bu ilin fevral ayında yaradılan Onlayn Xəbər Agentliyinin (Online News Agency - ONA) aqibətinə də aydınlıq gətirib:
"Ona.az bundan sonra analitik mərkəz kimi fəaliyyət göstərəcək və elə öz adı da qalacaq. Azərbaycanda bu gün informasiya qurumlarının müstəqil mərkəzləri var, hansı ki, mütəxəssislər orada iqtisadi, sosial, psixoloji analizlərlə məşğul olurlar. Biz belə bir mərkəz də yaratmağı düşünürdük qrupumuzun tərkibində. Ona.az gələcəkdə həmin analitik informasiya mərkəzinin saytı, resursu kimi fəaliyyət göstərəcək”.
Qeyd edək ki, APA informasiya agentliyi və "APA Holdinq”ə daxil olan xəbər portalları ötən ilin avqustunda fəaliyyətini dayandırmışdı. Bu il fevral ayından V.Mahirqızının rəhbərliyi altında ONA (Online News Agency (Onlayn Xəbər Agentliyi) - ONA) fəaliyyətə başlayıb. Az sonra isə "APA Holdinq”ə daxil olan Lent.az və Vesti.az da fəaliyyətini bərpa edib.
Bu gündən isə APA oxucuların görüşünə gəlib. V.Mahirqızı ən qısa müddətdə APA TV-nin də fəaliyyətini bərpa edəcəyini açıqlayıb.