İntiharlarla bağlı nazirlik yaradılacaq
04.06.2019
Avstraliyada intiharların qarşısının alınması ilə məşğul olacaq nazirliyin yaradılması təklif olunur.
Verilən məlumata görə, belə təşəbbüslə ölkənin İntiharların Qarşısının Alınması üzrə Təşkilatı çıxış edib.
Qeyd olunur ki, 2017-ci ildə Avstraliyada 3128 intihar qeydə alınıb. Bu göstərici 2016-cı illə müqayisədə 9 faiz çox olub.
Statistikaya əsasən intihar səviyyəsi aborigen avstraliyalılar arasında iki dəfə çoxdur.