Pompeo: İranla yeni nüvə sazişinə hazırıq
03.06.2019
Vaşinqton İranla yeni nüvə müqaviləsi imzalamağa hazırdır.
Bunu Almaniyanın "Rheinische Post” qəzetinə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, yeni müqavilənin İranın nüvə silahından imtinasına tam zəmanət verməli olduğunu deyib.
Pompeo 2015-ci ildə imzalanan müqavilənin İranın nüvə ambisiyalarını gücləndirməyə imkan verdiyi üçün Trampın bundan imtina etdiyini bildirib.
Dövlət katibi İranın siyasi kursunu dəyişəcəyinə ümid etdiyini də söyləyib.