Moskva Maduroya inamını itirdi?
03.06.2019
Rusiya Venesualadakı hərbi mütəxəssislərinin sayını azaldıb.
Bu barədə "Vol Strit Jurnal” yazıb.
Məlumata görə, Venesueladakı rus hərbi mütəxəssislərin sayı əhəmiyyətli dərəcədə ixtisar edilib. Burada söhbət iki ölkə arasındakı müqavilələrlə bağlı məsləhətləşmələrə cavabdeh olan mütəxəssislərdən gedir.
Nəşrin yazdığına əsasən, sözügedən addımın atılmasına səbəb Rusiyanın Venesuela Prezidenti Nikolas Maduroya "inamını itirməsi” olub.